“Karvan İstehsalat Kommersiya Şirkəti" MMC məhkəməyə verilib. Sumqayıt24 bu haqda 26 aprel tarixində Qaynarinfo.az-a istinadən xəbər verir.
Məhkəməyə Abdullayev Namiq Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi" barədə iddia qaldırıb.
İşə Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Zülfüqar Sadiqovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hazırda MMC-nin qanuni təmsilçisi Süleyman Nəsirovdur.