Saray qəsəbəsində intihar hadisəsi baş verib. Sumqayıt24 bu haqda 30 may tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə “Yeni məhəllə” adlanan ərazidə qeydə alınıb. 33 yaşlı Ə. Qarayev ailəsinə məxsus tövlədə özünü asıb. İntiharın səbəbləri bilinmir.
Ə. Qarayevin əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.