“UPI - Universal Packing Industry” QSC karton istehsalına başlayıb. Bu haqda 3 aprel tarixində Sumqayıt24 Fed.az-a istinadən məlumat verir.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan zavod karton istehsalı üçün tələb olunan xammalı Rusiyadan alır. Artıq Rusiyadan 560 ton xammal gətirilib.
Hazırda istehsal edilən məhsul daxili bazarın tələbatının ödənilməsinə yönəldilir.
Qeyd edək ki, zavod 2023-cü ilin oktyabr ayından fəaliyyətə başlayıb.