Sumqayıtda köməkçi tikilidə yanğın baş verib. Bu haqda 6 mart tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
25 kvadratmetrlik tikilinin dam örtüyünün taxta atmaları və içərisinə yığılan məişət tullantıları yanıb. FHN-in əməkdaşları tərəfindən tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.