Sumqayıtda uşaq bağlı qapı arxasında qalıb. Sumqayıt24 bu haqda 6 mart tarixində xəbər verir.
Hadisə dünən axşam qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri ünvana yetişib. Nəticədə mənzildə köməksiz qalan azyaşlı xilas edilib.