Sumqayıtda "Legotech Cup" layihəsinin təqdimatı olub. Sumqayıt24 bu haqda 6 iyun tarixində Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Mərasim Nəsrəddin Tusi adına 12 nömrəli məktəbdə baş tutub. Layihənin məqsədi informasiya və kommunikasiya texnologiyaları və robototexnika sahəsində gənclərin bilik, bacarıqlarını üzə çıxarmaq, onları bu istiqamətdə maarifləndirməkdir.