Sumqayıtda azyaşlı itkin düşüb. Bu haqda 29 aprel tarixində Sumqayıt24 xəbər verir.
Hadisə 12-ci mikrorayon ərazisində baş verib. 9 yaşlı Yasin Hüseynli məktəbdən çıxıb, lakin evə qayıtmayıb. Onun əynində məktəbli forması olub.
Azyaşlını görən və ya barəsində hər hansı məlumatı olan şəxslərdən (070) 959 90 88 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.