Sumqayıtda “İxtisas bələdçisi” layihəsi keçiriləcək. Bu haqda 16 mart tarixində Sumqayıt24 Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.
Layihə müddətində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşları məktəblərdə seminarlar keçirəcək, sualları olan şagirdlərlə fərdi konsultasiyalar aparacaqlar.
Seminarlar martın 27-də saat 10:00-da İ. Qayıbov adına 1 nömrəli məktəbdə və saat 13:00-da 7 nömrəli tədris ocağında keçiriləcək.