Sumqayıtda azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 12 dekabr tarixində Sumqayıt24 Fövəqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Çağırış üzrə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.