Sumqayıt Tibb Mərkəzinin (STM) növbəti canlı yayımı olacaq. Sumqayıt24 bu haqda 17 aprel tarixində xəbər verir.
Uşaq Xəstəxanasında yenicə fəaliyyətə başlayan invaziv uşaq kardioloqu tibb üzrə fəlsəfə doktoru Elnur İmanov izləyicilərə “uşaqlarda anadangəlmə ürək qüsurları”ndan danışacaq.
Yayım 18 aprel saat 14:00-da Sumqayıt Tibb Mərkəzinin “Youtube” kanalı (https://www.youtube.com/@sumqayttibbmerkezi) üzərindən açılacaq.
Mövzu ilə bağlı sualları şərh bölməsinə yaza bilərsiniz.
Xatırladaq ki, Elnur İmanov dünyada proktor həkim statusunu qazanan 12 nəfərdən biridir.