Saray qəsəbəsində qəza olub. Sumqayıt24 bu haqda 12 aprel tarixində xəbər verir.
“Ford" markalı mikroavtobusla “İsuzu” markalı yük avtomobili toqquşub. Mikroavtobusun sərnişini, 15 yaşlı Rasim Orucov deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yeniyetməni çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər. Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
[video width="1280" height="720" mp4="https://sumqayit24.az/storage/photos/2024/04/Saray-qasabasi-arazisinda-yol-naqliyyat-qazasinin-bas-vermasi.mp4"][/video]