41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Hicran Hüseynova vətəndaş qəbulu keçirib. Bu haqda 12 dekabr tarixində Sumqayıt24 xəbər verir.
YAP şəhər təşkilatının inzibati binasında baş tutan görüşdə millət vəkili seçicilərin fərdi qaydada müraciət və təkliflərini dinləyib. Vətəndaşlar, əsasən, ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib.