top
Moskvada 100-dən çox insanı xilas edən sumqayıtlı
29 mart 2024, 00:30
- ↺ +

Moskvada 100-dən çox insanı xilas edən sumqayıtlı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtdan olan kişi qəhrəmanlıq göstərib. Sumqayıt24 bu haqda 29 mart tarixində Oxu.az-a istinadən xəbər verir.

Bir neçə gün öncə Moskva vilayətindəki “Crocus City Hall” konsert kompleksində terror aktı baş verib. Sumqayıt şəhərində doğulub boya-başa çatan 30 yaşlı Kamil Nəsibov 100-dən çox insanı xilas edib.

O, binadakı “Şokoladnitsa” kafesində işləyib. Terror baş verən gün növbəsi saat 19:55-də başa çatıb.

“Çölə çıxdıq və güllə səsləri eşitdik. Əvvəlcə qorxsaq da, sonra qayıtmaq qərarına gəldik”, - deyə Kamil bildirib.

Həmşəhərlimiz güllə yarası almış bir neçə nəfəri yolun kənarına çıxarıb, yoldan keçən maşınlara mindirib, konsertə gecikənlərin hamısını uzaqlaşdırıb. Sonra binaya girib, qapıları sındırıb və insanlara çıxmaları üçün yol göstərib. Hər yeri qatı tüstü bürüyəndə isə aşağı mərtəbədəki dəhlizdə 80-ə yaxın adama çıxmağa kömək edib.

Kamil insanları axtararkən yerdə fənəri yanan smartfona rast gəlib və yolu işıqlandırmaq üçün onu götürüb:

“Telefon zəng çaldı: Kamilla adı yazılmışdı. Telefonu açdım və bir qızın qışqıraraq yardım istədiyini eşitdim. O, dəhşət içində idi, dedi ki, ətrafdakı hər şey yanır və özü də ikinci mərtəbədəki bir yerə yıxılıb”.

Nəsibov ikinci mərtəbədə Kamillanın axtarışlarına başlayıb:

“Üçüncü mərtəbə çökmüşdü. Yanğın çıxışları açılanda orada çoxlu cəsəd gördüm. Mən səndələyirdim, nəfəs ala bilmirdim”.

O, xüsusi təyinatlı əsgəri görüb və hər şeyi danışıb. Hərbçi onun vəziyyətini görüb, binadan çıxarıb. Sonra isə qızın tapıldığını bildirib. Kamil daha sonra xilasedicilər vasitəsilə Kamillaya telefonunu qaytarıb.

Qeyd edək ki, Kamil üç il əvvəl işləmək üçün Moskvaya yollanıb.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Bu gün, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Bu gün, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Bu gün, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Bu gün, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Bu gün, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Bu gün, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Bu gün, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Bu gün, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Bu gün, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Oxşar xəbərlər