Sumqayıtda ötən sutka ərzində 4 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 29 mart tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Çağırış üzrə xilasedicilər cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 2-si uşaq olmaqla 4 nəfərə müvafiq köməklik göstərilib.