Sumqayıtda “Nə? Harada? Nə zaman?” oyunu üzrə kubok keçirilib. Sumqayıt24 bu haqda 1 iyul tarixində xəbər verir.
Yarış Elm və Təhsil Nazirliyi və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” və Abşeron–Xızı Regional Təhsil İdarəsi tərəfindən təşkil olunub. Burada məktəblilərdən ibarət 31 komanda mübarizə aparıb.
Yekun nəticədə Sumqayıt şəhər 34 nömrəli məktəbinin “Hedacore” komandası qalib olub. Şəhərin digər təmsilçisi “Dahilər” ikinci, Masazır qəsəbəsi 2 nömrəli məktəbin kollektivi isə üçüncü yeri tutub.
Qaliblər kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.