Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Saray qəsəbəsindəki heyvan kəsimi və ət satışı məntəqələrində monitorinq keçiriblər. Bu haqda 12 dekabr tarixində Sumqayıt24 AQTA-ya istinadən məlumat verir.
Yoxlama zamanı 2 obyektdə nöqsanlar tapılıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar sahibkarlıq subyektləri – Asif Süleymanov və Nadir Quliyev barələrində inzibati protokol tərtib edilib.