Novxanıda çimərlikdə uşağın qolu hovuzun vakuum borusunda sıxılmış vəziyyətdə qalıb. Bu haqda 24 iyun tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verir.
Çağırış üzrə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində azyaşlının qolu borudan çıxarılıb. Uşaq təcili tibbi yardım briqadasına təhvil verilib.