Novxanı–Pirşağı avtomobil yolunda qəza olub. Sumqayıt24 bu haqda 12 aprel tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Hadisə iki gün öncə baş verib. Mübariz Qarayevin idarə etdiyi “Hyundai” markalı yük avtomobili və Mahir Allahverdiyevin “Kia” markalı maşını toqquşub. Yaralanan sürücülər Sumqayıt şəhər Təcili Yardım xəstəxanasına yerləşdiriliblər.
M. Allahverdiyev aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.