Novxanıda mebel sexinin qarşısında tullantılar qalaqlanıb. Sumqayıt24 bu haqda 5 iyun tarixində xəbər verir.
Ərazidə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən yoxlama aparılıb. Nəticədə obyektin sahibi barəsində inzibati tənbeh tədbiri görülüb.