Novxanıda açıq ərazidə 10 kvadratmetr sahədə taxta tullantılar yanıb. Sumqayıt24 bu haqda 9 mart tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Yüksək temperaturdan ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli üçotaqlı evə də zərər dəyib. Belə ki, bir ədəd plastikdən ibarət pəncərə çərçivəsi və iki poqonometr elektrik kabeli əriyib.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. FHN-in əməkdaşları alovu söndürüblər.