Novxanıda ağır yol qəzası qeydə alınıb. Bu haqda 27 mart tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
“VAZ-2106” və yük maşını toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 57 yaşlı Rasim Hacıyev hadisə yerində ölüb, 2 nəfər isə ağır xəsarət alıb.
Əraziyə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən yaralılar xəstəxanaya çatdırılıblar.
Fakt araşdırılır.