Sumqayıtda “Hər obada bayramdır” yardım aksiyası baş tutub. Bu haqda 10 aprel tarixində Sumqayıt24 xəbər verir.
Layihə Sumqayıt Qadın Resurs mərkəzinin himayəsində olan qadın və uşaqlar üçün həyata keçirilib. Aksiya çərçivəsində ailələrə “Ramazan sovqatı” təqdim olunmasından əlavə, uşaqların xoş vaxt keçirməsi üçün hədiyyəli əyləncə proqramı təşkil olunub.
Aksiya “OBA” marketlər şəbəkəsi tərəfindən Güvən İctimai Birliyinin dəstəyi ilə reallaşıb.