QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ahıllara bayram sovqatları paylanılıb. Bu haqda 19 mart tarixində Sumqayıt24 xəbər verir.
Hər il olduğu kimi bu ildə Novruz bayramı qabağı "PAŞA Həyat" ASC ahılları ərzaq bağlamaları ilə sevindirib. Daha sonra yataq xəstələri evlərində ziyarət olunublar, onlara bayram sovqatları təqdim olunub. Aksiyada bölmə könüllüləri fəal iştirak ediblər.