Pensiyaların ödəniləcəyi tarix açıqlanıb. Sumqayıt24 bu haqda 5 iyun tarixində xəbər verir.
Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, iyunun 7-də Sumqayıt və Bakı şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.