Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi tələbələri Binə Atçılıq Mərkəzində olublar. Bu haqda 12 mart tarixində Sumqayıt24 xəbər verir.
Ekskursiyada Turizm təşkilatçısı ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələri iştirak ediblər. İştirakçılara Azərbaycan atçılığının tarixi, xalqın tarixi ənənələri, mədəniyyəti, etnoqrafiyası, sosial-iqtisadi durumu ilə sıx bağlı olan atçılığın, əsasən, damazlıq, idman, əmtəəlik, turizm, işlək kəndli (fermer) təsərrüfatlarında yük və qoşqu vasitəsi kimi istifadə edilməsi, növləri haqqında məlumatlar verilib.
Gənclər müxtəlif atlarla tanış olub, onları maraqlandıran suallara cavab tapıblar.