Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndə heyəti
Sumqayıt Dövlət Dram Teatrına səfər ediblər. Bu haqda 15 mart tarixində Sumqayıt24 xəbər verir.
Heyət peşə təhsilinin təbliği və 55 illik yubileyi münasibətilə teatrın direktoru Samir Şəfiyevlə görüşüb. "Qənnadıçı-şirniyyatçı" və "Dərzi" ixtisası üzrə təhsil alan tələbələrin əl işləri teatra təqdim olunub.
Görüş çərçivəsində peşə təhsilinin yeni məzmunu, mərkəzin fəaliyyəti, istiqamətləri və qarşıda duran məsələlərlə də tanışlıq olub. Sonra tələbələr teatrın fəaliyyətində, teatrın rəhbərliyi isə öz növbəsində tələbələrə təhsillərində uğurlar arzulayıblar. Sonda xatirə şəkli çəkdirilib.