Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində şagirdlərlə görüş keçirilib. Bu haqda 19 aprel tarixində Sumqayıt24 xəbər verir.
Peşəyönümü üzrə maarifləndirmə işlərinin aparılması məqsədilə təhsil mərkəzinin əməkdaşları 14 nömrəli məktəbin 9-cu sinif şagirdləri ilə əyani görüşüblər.
Tədbirdə mərkəzdə tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verilib. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.