Ağsulu gənc rəssam sumqayıtlı şəhidlərin xatirələrinə portretlər yaradır. Bu haqda bu gün, 5 fevral tarixində AZƏRTAC məlumat yayıb.
18 yaşlı Sevil Soltanova Vətən müharibəsində şəhid olan 36 ağsulunun portreti üzərində çalışır. 15 nəfər şəhidin portreti artıq hazırdır. Hazır olan əsərlərin 10-nu artıq şəhidlərin ailələrinə təqdim olunub.
Gənc rəssam yaratdığı Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun və sumqayıtlı şəhid Cəbrayıl Dövlətzadənin portretlərini sərgilərdə nümayiş etdirir.