Sumqayıt məhkəmələrinə təyinatlar olub. Sumqayıt24 bu haqda 8 aprel tarixində xəbər verir.
Prezident İlham Əliyev "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Sərəncam imzalayıb.
Qərar verilib ki:
- Məhəmmədəli Rzayev Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsinə;
- Ayaz Mahmudov Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsinə;
- İslam Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsinə təyin olunsun.