Sumqayıtda uşaq xəstəxanasında tapılmış körpə meyiti ilə bağlı bəzi təfərrüatlar məlum olub. Bu haqda 28 mart tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Martın 27-də saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı xəstəxananın ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik döl aşkar edilib.
Hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib, hadisəyə müvafiq hüquqi qiymət veriləcək.
Qeyd edək ki, sözügedən səhiyyə müəssisəsində hamiləliyin sonlandırılması icra olunmur.
Faktla bağlı Şəhər Prokurorluğunda araşdırma aparılır.