15 nömrəli məktəbdə “Streslə və böhranla mübarizə", "Stresli vəziyyətlərdə işləmək", "Özünəqayğı" mövzularında maarifləndirmə seminarı keçirilib. Sumqayıt24 bu haqda 28 may tarixində xəbər verir.
Tədbir Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) dəstəyi ilə Az.QAC-nin Sumqayıt şəhər bölməsinin Psixi Sağlamlıq və Psixososial Dəstək üzrə əlaqələndirici şəxsləri Lalə Cəlilzadə və Əli Nadirli tərəfindən təşkil olunub.
Onlar 8-ci sinif şagirdlərinin suallarını cavablandırıblar. Sonda mövzu üzrə bukletlər paylanılıb.