17 nömrəli məktəbdə “Streslə və böhranla mübarizə", "Stresli vəziyyətlərdə işləmək", "Özünəqayğı" mövzularında seminar keçirilib. Sumqayıt24 bu haqda 30 may tarixində xəbər verir.
Təlimçi qismində Az.QAC-nin Sumqayıt şəhər bölməsinin Psixi Sağlamlıq və Psixososial Dəstək üzrə əlaqələndirici şəxsləri Lalə Cəlilzadə və Əli Nadirli çıxış ediblər. Onlar 9-cu sinif şagirdlərini maarifləndirib, suallarını cavablandırıblar.