Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi tədbirdə təmsil olunub. Sumqayıt24 bu haqda 7 mart tarixində xəbər verir.
Bakı şəhərində "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin PSPSD əlaqələndirici şəxsləri üçün Psixi Sağlamlıq və Psixososial Dəstək üzrə Bilikləri Yeniləmə” təlimi keçirilib. Burada Sumqayıt bölməsinin könüllüsü Nadirli Əli də iştirak edib.
Könüllülərə mövzulara uyğun məlumat verilib, bundan sonrakı fəaliyyət istiqamətləri izah olunub.