Sumqayıtda Qadınlar Şurasının toplantısı keçirilib. Bu haqda 11 aprel tarixində Sumqayıt24 xəbər verir.
İclas Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt nümayəndəliyinin ofisində baş tutub.
Tədbir şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Çıxış edən Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov bayram münasibətilə iclas iştirakçılarını təbrik edib, xanımlara işlərində uğurlar arzulayıb. Daha sonra şuranın qarşıda duran tədbirlər planı ətrafında müzakirələr aparılıb. Sonda xatirə fotosu çəkilib.