Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt Nümayəndəliyi yeni ofisdə iclas keçirib. Bu haqda 27 mart tarixində Sumqayıt24 Sumqayit.tv-yə istinadən məlumat verir.
İdarə heyətinin yeni ofisindəki ilk toplantısı konfrans zalında təşkil olunub. Çıxış edənlər yeni ofisdə yaradılan şəraiti yüksək qiymətləndirərək, dövlətin icma üzvləri qarşısında qoyduğu tələb və məqsədə nail olmaq üçün Sumqayıtda fəallığın daha da artırılmasının vacibliyini vurğulayıblar.
Ofis şəhərin 9-cu mikrorayonu, ev 71 (Heydər Əliyev Mərkəzi ilə üzbəüz, keçmiş Məşğulluq İdarəsi) ünvanında yerləşir.