Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz ov edən şəxs saxlanılıb. Bu haqda 4 mart tarixində Sumqayıt24 xəbər verir.
Reyd Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılıb. Yoxlama zamanı Xırdalan sakini Rəfail Mirzəyevdən qanunsuz ov alətləri götürülüb.
Faktla bağlı protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.