Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin qadınlarla iş qrupunun tədbiri keçirilib. Sumqayıt24 bu haqda 4 iyun tarixində xəbər verir.
"Dönəcəyəm o yurda" adlı ədəbi-bədii musiqili tədbir Sumqayıt Dövlət Dram Teatrında təşkil olunub. Burada icra başçısının birinci müavini Teymur Səmədov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, deputatlar Müşfiq Məmmədli və Emin Hacıyev, icmanın Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov və ziyalıları, Abşeron–Xızı Regional Təhsil İdarəsinin rəisi İlhamə Abdullayeva iştirak ediblər.