H.Z. Tağıyev qəsəbəsində qəza baş verib. Sumqayıt24 bu haqda 14 aprel tarixində Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə bir neçə gün öncə qeydə alınıb. “Toyota” markalı pikap, 50-EU-820 dövlət nömrə nişanlı “VAZ-2107” avtomobili ilə toqquşub. Şahidlərin sözlərinə görə, pikapın sürücüsü qaydanı pozub.
Hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Xəsarət alanların olduğu bildirilir.