Sumqayıtda qohumlar arasında mübahisə qətllə yekunlaşıb. Bu haqda 2 mart tarixində Sumqayıt24 Baş Prokurorluğa istinadən məlumat verir.
Ötən gün 43 yaşlı Nicat Salahov bıçaqlanaraq öldürülüb. Cinayət əməlini törətməkdə 48 yaşlı Ceyhun Rzayev şübhəli bilinir.
Araşdırma zamanı 48 yaşlı C.Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı N. Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
C. Rzayev saxlanılaraq polisin müşayiəti altında xəstəxanaya yerləşdirilib. O, müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.