Sumqayıtın Dənizkənarı bulvarında ağacəkmə aksiyası keçirilib. Sumqayıt24 bu haqda 6 aprel tarixində xəbər verir.
Yaşıllıqların bərpasına və artırılmasına, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş aksiyada Sumqayıt Gömrük İdarəsinin və Sumqayıt Tibb Mərkəzinin əməkdaşları ağaclar əkiblər.