Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələrini açıqlayıb. Bu haqda 1 aprel tarixində Sumqayıt24 xəbər verir.
Monitorinq Sumqayıtla yanaşı, Bakı şəhəri, həmçinin Abşeron, Şabran, Lənkəran, Xızı, Ucar, Neftçala, Siyəzən, Hacıqabul və Cəlilabad rayonlarındakı 12 sənaye əsaslı quşçuluq müəssisəsində aparılıb.
Yoxlama zamanı vəhşi və ev quşlarından götürülmüş nümunələr müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.