Sabah Ramazan ayının 20-ci günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi Ramazan təqviminə görə, martın 30-da Sumqayıt şəhəri üzrə imsak vaxtı saat 05:01, iftar vaxtı isə saat 19:18-də olacaq.
20-ci gününün duası:
"Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur-an. Ya munziləs-səkinəti fi qulubil-mu-minin".
Tərcüməsi:
"İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Qur-an oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah".
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”