Şəhidimiz Anar Heydərovun doğum günüdür.
Silahlı Qüvvələrin kapitanı Anar Bəhruz oğlu Heydərov 1 iyun 1988-ci ildə Sumqayıtda anadan olub. 2006-cı ildən ordu sıralarına qoşulub. Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. 3 oktyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda vuruşarkən şəhadətə ucalıb.
Anar Heydərov qəhrəmanlığa görə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeninə layiq görülüb.