Əli Kərim adına Poeziya Evində Azərbaycan Rəssamlar İttifaqının üzvü Gülnarə Məmmədlinin “Vətən eşqim” adlı sərgi-tədbiri keçirilib. Bu haqda 12 mart tarixində Sumqayıt24 Dövlət Rəsm Qalereyasına istinadən məlumat verir.
“Şəhidlər rəssamların əsərlərində” mövzusunda keçirilən sərgidə rəssamın vətənpərvərlik mövzusunda çəkdiyi əsərləri və şəhidlərimizin portretləri sərgilənib. Tədbirdə rəssamın 20-yə yaxın əsəri nümayiş olunub. Burada incəsənət nümayəndələri, şəhid anaları, qazilər, şairlər, təşkilat və müəssisə rəhbərləri iştirak ediblər.