Sumqayıtda gözlənilən hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 15 aprel tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına görə, aprelin 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Temperatur gecə 8-13 dərəcə, gündüz isə 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.