Sabaha olan hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 28 may tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Sumqayıtda mayın 29-da hava, əsasən, yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 14-18, gündüz 24-29 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə 50-70% təşkil edəcək.