Sabah havanın yağmursuz olacağı gözlənilir. Sumqayıt24 bu haqda 5 iyun tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Sumqayıtda iyunun 6-da cənub-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz isə 45-55% təşkil edəcək.