Sumqayıtda gözlənilən hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 29 aprel tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah, aprelin 30-da havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 14-17 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60%, gündüz 30-40% olacaq.