Sumqayıtın hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 13 iyun tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
İyunun 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında qısamüddətli yağış və şimşək ehtimalı var. Şimal-qərb küləyini gündüz şimal-şərq küləyi əvəzləyəcək.
Temperatur gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 50-55%, gündüz isə 60-70% təşkil edəcək.