Hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 1 iyun tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Sumqayıtda iyunun 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir yağış, qısamüddətli leysan və şimşək ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Temperatur gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 50-55% təşkil edəcək.